Türkiyədə meşə yanğınları nəticəsində azı 183 nəfər xəsarət alıb.
Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli deyib. Məlumata görə, hazırda 15 nəfər xəstəxanada müalicə alır, digərləri evə buraxılıb, 3 nəfər isə dünyasını dəyişib.
Qeyd edək ki, Manavqatda başlayan yanğınlar Bodruma da yayılıb. Otellərdəki turistlər təxliyyə edilir.
7NEWS.Az








