Türkiyənin cənubunda yerləşən Osmaniye adlı ərazidə tullantıların emalı zavodunda partlayış olub.
7News.Az "CNN Türk”ə istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil və araşdırılır.








