Türkiyədən gələn avtobus qəzasında xəsarət alanların kimliyi bilindi - Xarici vətəndaşlar da var

Türkiyədən gələn avtobus qəzasında xəsarət alanların kimliyi bilindi - Xarici vətəndaşlar da var

Gecə Şəmkirdə avtobus qəzasında xəsarət alan şəxlərin kimliyi məlum olub.

7News.Az Trend-ə istinadən xəbər verir ki, Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobilinin toqquşması nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Bakı şəhər sakinləri - 1989-cü il təvəllüdlü İmamxanova Çinarə Eyyub qız sağ topuğun çapılan yayarsı, 1992-ci il təvllüdlü Mirəliyev Xəyyam Ümidvar oğlu sağ əlin cırılmış yarası, Əmiraslanova Sevinc Süleyman qızı sağ baldır sümüyün yer dəyişən sınığı, 1966-cı il təvəllüdlü Səbxanova Göyçək Mehralı qızı bel nahiyyəsinin əziyi, 1946-cı il təvllüdlü Süleymanova Qələm Cavad qızı sol ayağın əziyi və sıyrılmış yarası, 1978-ci il təvəllüdlü Kazımova Arzu Mətləb qızı hər iki dizin sıyrılması, Xırdalan sakini 1957-ci il təvəllüdlü Əliyeva Gülsüm Məmmədağa qızı sol qaşın çapıq yarası, Füzuli rayon sakinləri - 1989-cu il təvvəlüdlü Babayevə Növrəstə Qardaşxan qızı sol daraq sümüyünün sınığı, Məmmədova Miranə Ərşad qızı burun sınığı və bel nahiyyəsinin əziyi, Qax sakini 1997-ci il təvəllüdlü Əliyev Nicat Gəray oğlu qapalı beyin travması, Sumqayıt şəhər sakini Qurbaəliyeva Günel Nəsrəddin qızı sol bud sümüyünün qapalı sınığı, o cümlədən 2 Türkiyə vətəndaşı 1983-cü il təvəllüdlü Sener Yavruz Süleyman sağ dizin cırılması, sağ qamış sümüyünün sınığı və Darmış Ruzun Asser sağ qaş üstünün cırılmış yarası alıblar.

Xəsarət alanlar arasında Türkiyə vətəndaşları da var.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib: "15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir".

Avtobusun Türkiyədən Azərbaycana gəldiyi bildirilir.

7News.Az

Xəbər lenti