RU
Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum olub
15:30
219

Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum olub

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hücumu pisləyib: "BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”.

Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ