RU
Türkiyənin XİN başçısı:
15:40
58

Türkiyənin XİN başçısı: "Rusiya-Ukrayna müharibəsi uzandıqca durum mürəkkəbləşir"

"Rusiya ilə Ukrayna arasındakı müharibə uzandıqca durum daha da mürəkkəbləşir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, İstanbul razılaşmasından sonra tərəflər sürətlə danışıqlar masasından uzaqlaşmağa başladılar: "Ardınca hər iki tərəf qələbə qazanmaq istədi. Rusiya əvvəlcə bəzi bölgələrdə irəliləyişə nail oldu. Sonra Ukrayna əks-hücuma başlayıb, Liman şəhərini azad etdi. Balans dəyişdikcə durum da gərginləşir”.

XİN başçısı söyləyib ki, İstanbulda tərəflər sülhə yaxın idilər: "Amma bu fürsət əldən verildi".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ