"Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlərə dəstək olaraq, Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının təşkilatçılığı və xeyirsevər insanların yaxından dəstəyi ilə Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan ailələrə zəruri ərzaq məhsullarından ibarət sovqatların verilməsi uğurla davam edir. Bu xeyirxah layihəni davam etdirmək üçün könüllü qoşularaq, töhvəsini vermək istəyən Ucarlı, o cümlədən, digər şəhər və rayonlardan olan mərhəmətli insanları yanımızda görmək çox xoş olardı.
Bizimlə əlaqə:
055-211-37-97
050-367-98-67
#BİZBİRLİKDƏGÜCLÜYÜK




























