Argentinada iki qızılı balığa "hüquqları olan varlıqlar" statusu verilib
7News.az xəbər verir ki, Argentina məhkəməsi uyğun olmayan şəraitdə saxlanılan Fede və Maqui adlı iki qızılı balığı "hüquqları olan və hiss etmək qabiliyyətinə malik varlıqlar" kimi tanıyıb. Məhkəmə qərarından sonra balıqlar restoranın vitrinindən götürülərək daha uyğun bir mühitə köçürülüb.