Koronavirusun ilk dəfə aşkarlandığı Çinin Uhan əyalətində sakinlər yenidən koronavirus narahatlığına qapılıblar.
Çində iyulun 20-dən etibarən yoluxma sayı 414-ə yüksəlib. Uhanda isə bir ildən sonra ilk dəfə 7 yoluxma faktı aşkarlanıb, nəticədə insanlar marketlərə axın edib.
Epidemiyanın ilk günlərində olduğu kimi, market rəfləri tamamilə boşalıb, tualet kağızı və su kimi əsas zəruri malların tapılması çətinləşib. Hazırda əyalətdəki 11 milyon insanın peyvəndlənməsi nəzərdə tutulur.
Yeni dalğa Rusiyadan gələn, Nanjinqdəki bir təyyarəni təmizləyən hava limanı işçilərinin koronavirus testlərinin müsbət çıxmasıyla başlayıb.








