RU
Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini işğaldan azad edib
16:50
139

Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna hərbçiləri Xarkov vilayətinin Peski-Radkovski qəsəbəsi üzərində nəzarəti bərpa edib.

7News.Az UNIAN-a istinadən xəbər verir ki, məlumatı Borovsk icması təsdiqləyib.

Qeyd olunub ki, müharibədən əvvəl qəsəbədə 2 minə yaxın insan yaşayırdı.

Peski-Radkovski Oskol çayının sol sahilində yerləşir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb. Bundan əvvəl Ukraynanın Xarkov vilayətinin Kupyansk-Uzlovoy qəsəbəsinin işğaldan azad olunduğuna dair məlumat yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ