RU
Ukrayna kəşfiyyatı yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırıldığını açıqlayıb
21:50
199

Ukrayna kəşfiyyatı yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırıldığını açıqlayıb

Ukrayna yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır.

7NEWS.Az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "ABC News"a müsahibəsində bildirib. O, ən qaynar döyüşlərin martda gözlənildiyini bildirib.
Budanov əks-hücumun Krımdan Donbasadək bütün əraziləri əhatə edəcəyini qeyd edib. Əlavə edib ki, Ukraynanın məqsədi beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış 1991-ci ilin sərhədlərinə qayıtmaqdır.

O, əks-hücumun Rusiyanın Ukraynada sonuncu məğlubiyyəti ilə nəticələnəcəyini vurğulayıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ