Ukraynanın müdafiə naziri Oliksiy Reznikova və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova sui-qəsd hazırlamaq istəyən şəxs saxlanılıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, çoxmərhələli əməliyyat zamanı Rusiyanın təxribat-kəşfiyyat qrupu zərərsizləşdirilib.
Məlum olub ki, onların hər birinin qətlinə görə rusiyalı kuratorlar 100-150 min ABŞ dolları məbləğində mükafat vəd ediblər./report
7NEWS.Az








