RU
Ukrayna Odessanın UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün müraciət edəcək
22:30
116

Ukrayna Odessanın UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün müraciət edəcək

Ukrayna Odessanın sürətləndirilmiş prosedur üzrə UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün müraciət edəcək.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko bildirib.

"Biz Odessanın sürətləndirilmiş prosedur üzrə UNESCO-nun əsas Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün dosye hazırlamışıq və onu təşkilata təqdim edirik”, - o, teleqram kanalında yazıb.

Nazirin sözlərinə görə, Odessanın UNESCO-nun dünya mədəni irsinin əsas siyahısına daxil edilməsi onun qorunub saxlanılmasına ciddi beynəlxalq diqqətin göstərilməsinə zəmanət verir. Dosye Odessa Şəhər Şurası tərəfindən Mədəniyyət Nazirliyi ilə birlikdə hazırlanıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ