RU
Ukrayna ordusu Rusiyanın sərhəddən 1700 km uzaqlıqdakı hərbi müəssisəsinə zərbə endirib
17:06
31

Ukrayna ordusu Rusiyanın sərhəddən 1700 km uzaqlıqdakı hərbi müəssisəsinə zərbə endirib

Ukrayna ordusu sərhəddən 1700 km uzaqlıqdakı Rusiyanın hərbi sənaye müəssisəsinə zərbə endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X” hesabında bildirib.

Ukrayna lideri Rusiya ərazisinin dərinliyində - Perm bölgəsində "Metafrax Chemicals” müəssisəsinə zərbə endirildiyini təsdiqləyib.

Zelenski qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) həyata keçirdiyi əməliyyat ölkə sərhədindən təxminən 1700 kilometr uzaqlıqda baş verib və bu, Rusiyanın hərbi sənaye kompleksinə qarşı "uzunmənzilli sanksiya” xarakteri daşıyır.

Onun sözlərinə görə, "Metafrax Chemicals” Rusiya kimya sənayesinin mühüm hissəsidir və istehsal etdiyi məhsullar ölkənin bir çox hərbi zavodlarını, o cümlədən pilotsuz uçuş aparatları, aviasiya texnikası, raket mühərrikləri və partlayıcı maddələrin istehsalını təmin edən müəssisələri xammalla təchiz edir.

Ukrayna Prezidenti müəssisədə istehsal prosesinin dayandırıldığını iddia edib.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ