RU
Ukrayna Prezidenti parlamentə vətəndaşlıq haqqında yeni qanun layihəsi təqdim edib
18:30
284

Ukrayna Prezidenti parlamentə vətəndaşlıq haqqında yeni qanun layihəsi təqdim edib

Ukrayna Prezidenti Volodımır Zelenskiy bir neçə vətəndaşlıq haqqında qanun layihəsini parlamentə təqdim edib.

7NEWS.Az UNİAN-a istinadən xəbər verir ki, bunu dövlət başçısı parlamentə illik müraciətində bildirib.

O deyib ki, dünyada ukraynalı toplumun dəstəklənməsi xarici siyasətimizin mühüm istiqamətlərindəndir.

Prezident bir neçə vətəndaşlıq məsələsinin ABŞ, Kanada, Avropa İttifaqı ölkələrində yaşayan ukraynalılar üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: "Bu gün müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxarıram. İlk dəfə dünya ukraynalıları özlərini yalnız diaspor, yalnız Ukrayna mənşəli yox, Ukrayna vətəndaşı kimi də hiss edəcəklər!”

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ