RU
Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu
13:00
25

Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu

Rusiya ordusu ötən gecə Ukraynanın bir sıra bölgələrinə dron və ballistik raketlərlə zərbələr endirib.

7News.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücumlar paytaxt Kiyev və Dnepropetrovsk vilayətini əhatə edib.

Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya ordusu eyni vaxtda bölgənin Dnepr, Krivoy Roq və Pavloqrad şəhərlərində yerləşən sənaye müəssisələrini hədəfə alıb.

Zərbələr nəticəsində sənaye obyektlərinə və yaşayış binalarına ziyan dəyib. Ölən və yaralananların sayı dəqiqləşdirilir.

Hücum zamanı Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin də iş otağı zərər görüb. Bildirilir ki, otaq tamamilə dağılıb. Hadisə zamanı binada olan şəxslər, o cümlədən Rüstəm Vəliyev xəsarət almayıb.

Qeyd edək ki, Rüstəm Elçin oğlu Vəliyev 2019-cu ilə qədər Xarkov vilayətində Ukrayna Polis İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

2020-2023-cü illərdə Odessa vilayəti Baş Polis İdarəsinin Cinayət Polisi rəisinin müavini, 2023-cü ilin mart-oktyabr aylarında isə Rovno şəhər Baş Polis İdarəsinin Varaski Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Rüstəm Vəliyev 2023-cü ildə Pavloqrad Rayon Polis İdarəsinin rəisi təyin olunub.

O, İrina adlı qadınla evlidir. Cütlüyün Tamerlan adlı oğlu var.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ