RU
Ukraynanın azad edilmiş şəhərində kütləvi məzarlıq tapıldı - Foto
13:00
39

Ukraynanın azad edilmiş şəhərində kütləvi məzarlıq tapıldı - Foto

İşğaldan azad edilmiş Donetsk vilayətinin Liman şəhərində 110-a yaxın xəndək, o cümlədən uşaq məzarları tapılıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, Liman şəhərindəki "Novaya Maslyakovka” qəbiristanlığında 40-dan çox meyit çıxarılıb.

Belə ki, 4-10 oktyabr tarixlərində Ukrayna istintaq-prokuror qrupu Rusiya Federasiyasının silahlı birləşmələrindən azad edilmiş Svyatoqorsk və Liman şəhərlərində yerli sakinlərin dəfn olunduğu yerlərə baxış keçirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bəzilərində zorakılıq nəticəsində ölüm əlamətləri olan 34 nəfərin meyitini çıxarıblar.

Qeyd edək ki, oktyabrın 2-də Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman şəhərini rus qoşunlarından tamamilə təmizləyib. Oktyabrın 8-də isə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi Donetsk vilayətinin iki icmasında 40 yaşayış məntəqəsinin rus işğalçılarından azad edildiyini bildirib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ