RU
Ukraynanın daxili işlər naziri postuna namizəd açıqlandı
23:45
1252

Ukraynanın daxili işlər naziri postuna namizəd açıqlandı

"Xalqın xidmətçisi” ("Sluqa naroda”) partiyası ölkənin daxili işlər naziri vəzifəsinə deputat, hüquq-mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastırskinin namizəddliyini irəli sürəcəyini açıqlayıb.

Bu barədə fraksiyanın deputatı Aleksandr Kaçura Tvitter səhifəsində yazıb. O bildirib ki, prezident və baş nazirin iştirakı ilə fraksiyanın iclası başlayıb. Prezident Vladimir Zelenski daxili işlər naziri vəzifəsinə Denis Monastırskinin namizədliyini irəli sürüb. Fraksiya təklifi qəbul edib və cümə günü səsvermə keçiriləcək.

 

Qeyd edək ki, Arsen Avakov bu gün Ukrayna DİN rəhbəri postundan istefa verib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ