RU
Umayra Tağıyevadan anomal hava şəraiti ilə bağlı - AÇIQLAMA
16:17
444

Umayra Tağıyevadan anomal hava şəraiti ilə bağlı - AÇIQLAMA

Azərbaycanda hava anomal isti keçir. Qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir.  

 7News.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, havanın orta temperaturu çoxillik normadan 3-4 dərəcə yuxarı olub:


"Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub.

Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın (76-115%) olub”, - deyə U.Tağıyeva qeyd edib.

 

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ