RU
Uqandalı fenomenin qalmaqallı biznesi: Kişiləri döyərək pul qazanır
11:20
25

Uqandalı fenomenin qalmaqallı biznesi: Kişiləri döyərək pul qazanır

Uqandalı sosial media fenomeni Aleti Kristal 2027-ci ilə qədər 1000 kişini döyməyi hədəflədiyini bildirib. 

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Kristalın sözlərinə görə, fəaliyyəti qadınlara qarşı zorakılıq edən kişiləri hədəf alır.
 
O bildirib ki, fiziki zorakılıq göstərən, partnyorlarını aldadan və ya müxtəlif yollarla onlara zərər verən kişilərə qarşı fəaliyyət göstərən bir qrup yaradıb:

"Əgər zorakı münasibətdəsinizsə, sevgiliniz və ya həyat yoldaşınız sizi aldadırsa, sizə qarşı zorakılıq edirsə və ya sizi istismar etməyə çalışırsa, mənə müraciət edə bilərsiniz”

O, həmçinin bu fəaliyyətin ona məzmun istehsalçılığı fəaliyyətindən daha çox gəlir qazandırdığını iddia edib.

"Bu iş mənə sosial mediada yaratdığım kontentlərdən qazandığımdan daha çox gəlir gətirib. Çox sayda müraciət almışam və buna görə minnətdaram. Mənimlə çalışan bir komandam var. Gecə yarısı belə zəng edib bir kişini döyməyimizi istəyə bilərsiniz. 2027-ci ilə qədər ən azı 1000 kişini döyməyi hədəfləyirəm. Bir iş qadını olaraq bunu bacarıramsa, bu mənim üçün kifayətdir.”

Kristalın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi qadınlara qarşı zorakılığa qarşı mübarizənin vacibliyini vurğulasa da, bəziləri zorakılığa qarşı zorakılıqla cavab verilməsinin doğru üsul olmadığını bildiriblər.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ