7News.az xəbər verir, Meksikada supermarketdə baş verən insident heyrətə səbəb olub. Təhlükəsizlik kamerasının görüntülərində uşağın alışqanla gənc alıcının saçını yandırdığı görünür. İddialara görə, uşaq gəncin buruq saçlarını qısqandığı üçün belə edib. Saçları alovlananda təşvişə düşən gəncə kömək etmək üçün ətrafdakı insanlar müdaxilə edib. Hadisənin görüntüləri qısa zamanda səs-küyə səbəb olub.








