RU
Uşaqlar arasında rəsm sərgisi keçirilib
10:24
472

Uşaqlar arasında rəsm sərgisi keçirilib


Azerbaijan Digital Art-School-da Rəsul Həsən və Ramilə Şamilovanın tələbələrinin işlərindən ibarət Qrafiq Dizayn və Rəssamlıq sərgisi keçirilib. Sərgi tələbələrin üç ay ərzində ərsəyə gətirdikləri işlərdən ibarət olub.  Sərgidə akademik və yaradıcı üslublar, müxtəlif dizayn işləri nümayiş olunub. Sərginin məqsədi yaradıcı mühitə təsir göstərmək, həmçinin sərgi iştirakçılarını geniş kütlələrə tanıtmaqdır. Sərgidə 28 nəfərdən ibarət 83 iş nümayiş olunub.
Balacalar arasında xüsusilə, Tamerlan Mirzəlinin rəsmləri diqqət mərkəzində olub. Tamerlanın müəllimi Ramilə Şərifova deyir ki, ilk dəfə Tamerlan nənəsi ilə yaxınlaşanda işlərini görüb təəccüblənib və onu sərgidə iştiraka dəvət edib: "Tamerlan gözləntilərimi artıqlaması ilə doğrultdu. Düşünürəm ki, bu fitri istedad dediyimiz nəsnədir. 5 ildə mən ilk dəfədir bu yaşda belə istedad görürəm. Onun əlinin qısa zamanda sürətlə açılması və rəng qarışımını çox gözəl hiss edərək vurması məni heyrətləndirir. Onun inkişafında kömək olacağıma inanıram və ümid edirəm ki, Tamerlan qısa zaman ərzində öz adını rəssam kimi kütlələrə bəyan edəcək”.
 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ