Uzun müddət oturmaq xərçəngdən ölüm riskini artırır
7News.az xəbər verir ki, yeni bir araşdırma gün ərzində 30 dəqiqədən çox oturmağın xərçəngdən ölüm riskini artırdığını ortaya qoyub. Mütəxəssislər bildirirlər ki, hətta ofisdə qısa bir gəzintiyə çıxmaq və ya ev işləri kimi yüngül fəaliyyətlərlə məşğul olmaq belə bu riski azalda bilər.