RU
Vatikan:
18:00
731

Vatikan: "Papa XVI Benediktin dəfn mərasimi yanvarın 5-də keçiriləcək"

"96 yaşında vəfat edən Fəxri Roma Papası XVI Benediktin dəfn mərasimi yanvarın 5-də keçiriləcək".

Bu barədə Müqəddəs Taxt-tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

Bruninin sözlərinə görə, mərasim səhər saat 9:30-da Müqəddəs Pyotr meydanında başlayacaq və mərasimə Roma Papası Fransisk rəhbərlik edəcək.

Xatırladaq ki, Fəxri Roma Papası XVI Benedikt bu gün səhər saat 9:34-də Vatikanın Mater Ekklesia monastırında vəfat edib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ