RU
Vəfa Nağı bələdiyyə üzvü seçildi
12:01
251

Vəfa Nağı bələdiyyə üzvü seçildi

İctimai fəal Vəfa Nağı bələdiyyə üzvü seçilib.

V.Nağı dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində səsvermədə 113 səs toplayaraq 61 saylı Neftçala seçki dairəsinin Xol Qaraqaşlı bələdiyyəsinin üzvlərindən biri olub.

Həmin bələdiyyə üzrə ən çox səsi Əlibala Səlimov (304), ən az səsi isə Elnur Səfərov (45) toplayıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ