RU
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
10:30
76

Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb

Dağıdıcı zəlzələdən iki gün sonra Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.

Zəlzələ UTC vaxtı ilə saat 22:16-da Venesuelanın paytaxtı Karakasdan 80 kilometr qərbdə qeydə alınıb.

Zəlzələnin yerin 35 kilometr dərinliyində baş verdiyi bildirilir.

İnsan tələfatı və ya dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, 24 iyun axşamı Venesuelada iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, onlardan birincisi 7,2, ikincisi isə 7,5 bal gücündə olub. Venesuela hakimiyyət orqanlarının son məlumatlarına görə, ölənlərin sayı 920-yə çatıb, daha 3360 nəfər yaralanıb. 4000-dən çox insan evlərini itirib. Bir çox yaşayış binası dağılıb, infrastruktur və xəstəxanalar zədələnib, ölkənin əsas hava limanı bağlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ