RU
Venesuelada zəlzələ: 32 ölü, 700-ə yaxın yaralı
11:10
32

Venesuelada zəlzələ: 32 ölü, 700-ə yaxın yaralı

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində azı 32 nəfər həyatını itirib, təxminən 700 nəfər isə xəsarət alıb.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges məlumat verib.

Məlumata görə, ölkədə ard-arda baş verən zəlzələlər bir sıra binaların dağılmasına, infrastrukturun zədələnməsinə və genişmiqyaslı dağıntılara səbəb olub. Hazırda dağıntılar altında qalanların axtarışı və xilasetmə işləri davam etdirilir.

ABŞ Geoloji Xidmətinin (USGS) ehtimal modelinə əsasən, fəlakətin nəticələrinin daha ağır ola biləcəyi də istisna edilmir. Reuters yazır ki, hesablamalara görə, ölənlərin sayı daha da arta və hətta 10 mindən 100 minə qədər ola bilər.

Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ