RU
Vətəndaşdan hədə-qorxu ilə pul alan yerdə yaxalandı — Bakıda POLİS ƏMƏLİYYATI
12:49
519

Vətəndaşdan hədə-qorxu ilə pul alan yerdə yaxalandı — Bakıda POLİS ƏMƏLİYYATI

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları vətəndaşdan hədə-qorxu ilə pul alan şəxsi yaxalayıb.

7news.Az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü Elçin Qafarov adlı şəxs polisə şikayət edərək bildirib ki, tanışı 1994-cü il təvəllüdlü İlkin Hüseynov ondan hədə-qorxu yolu ilə 2000 manat pul tələb edir.

Şikayətçinin ərizəsi alınıb və əməliyyat qurulub. E. Qafarov Nərimanov rayonu, Təbriz küçəsində İlkinə 1000 manat verən yerdə polis əməkdaşları tərəfindən yaxalanıb. 

İstintaq şöbəsinə təhvil verilən İlkin Hüseynov barəsində cinayət məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ