RU
Vilayət Eyvazov nazir müavininin rəis qardaşını işdən çıxardı
17:53
528

Vilayət Eyvazov nazir müavininin rəis qardaşını işdən çıxardı

Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) kadrlar şöbəsinin rəisi, polkovnik-leytenant Fail Quliyev vəzifəsindən azad olunub. 

7News.Az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, polkovnik-leytenant Fail Quliyev Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır. 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ