RU
Vilayət Eyvazovdan məşhur cüdoçu ilə bağlı ƏMR
11:40
398

Vilayət Eyvazovdan məşhur cüdoçu ilə bağlı ƏMR

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.

7News.Az Report-a istinadən xəbər verir ki, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin olimpiadasının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.

Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ