Vitse-spiker şəhid ailələrini təhqir edənlərlə bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsini təklif edib.
7News.Az xəbər verir ki, parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edən Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib ki, bu gün şəhid ailəsi təhqir olunduğu halda özü sənədləri hazırlayıb məhkəmələrə müraciət edir və bu da müəyyən problemlər yaradır. Təklif edirəm ki, Cinayət Məcəlləsinə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək əlil olan, şəhid ailələrinin hüquqlarının müfafiəsinin daha etibarlı şəkildə təmin etmək üçün onları təhqir edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını dövlət öz üzərinə götürməklə bağlı müvafiq dəyişiklik edilməlidir.
7News.Az








