Rusiya Prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Yeni il bayramı münasibətilə təbrik məktubu göndərib.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.
V.Putin məktubunda Rusiya ilə Türkiyənin bundan sonra da birlikdə hərəkət edərək ikitərəfli əməkdaşlığı genişləndirəcəklərinə inamını ifadə edib.
Rusiya lideri, həmçinin 2022-ci ildə Moskva və Ankaranın bir çox sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirdiyini xatırladıb.
O bildirib ki, tərəflər arasında bir sıra layihələr uğurla həyata keçirilib.
V.Putin məktubunda yazıb ki, Türkiyə və Rusiya arasında əməkdaşlığın inkişafı Avrasiyada sabitlik və təhlükəsizliyi gücləndirəcək.








