Bu sözləri müğənni Vüqar Muradov bildirib:
" Təxmini deyim ki, bir litr yarım qan itirmişdim. Ölürdüm. Canımın hayında idim. Sürünə - sürünə yol kənarına çıxdım. Əl etdim, avtomobil saxladı. O durumda elə vəziyyətdə idim ki, soruşmaq heç ağlıma gəlmədi ki, onun milliyəti kimdir, haralıdır, nəcidir ... Kim olsa o durumda xilas yolu axtarardı, çünki can şirin şeydi. Erməni dığası mənə kömək etdi. İstifadə edib, sonra məni videoya çəkib. Guya bunlar bizə kömək edir, heç bir prinsip aparmırlar. Düzü çox utandım ki, mənim canımdan, qanımdan olan adamlar məni döyür həmin dığa mənə kömək edir, nə edim carəsiz idim. Su verdi, telefon verdi ki, ailəmə yığım. İlk zəngi dostuma etdim. Hər şeyimi əlimdən almışdılar". /Big.az
7News.az








