RU
Xalq artistinin həyat yoldaşı vəfat edib - FOTO
13:40
432

Xalq artistinin həyat yoldaşı vəfat edib - FOTO

Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin həyat yoldaşı Lamiyə Mirzəzadə dünyasını dəyişib.

Report xəbər verir ki, L.Mirzəzadə ötən gün ürək çatışmazlığından vəfat edib.

Məlumat üçün bildirək ki, o, 21 yanvar 1933-cü ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin İndiki Bakı Dövlət Universiteti) hüquq fakultəsini bitirib. Təhsilini başa vurduqdan sonra neft emalı zavodunda məsləhətçi hüquqşünas vəzifəsində çalışıb.

1962-ci ildə Bakı Dövlət Universitetinin aspirantura şöbəsinə qəbul olunub. 1969-cu ildən Azərbaycan Dövlət İqitsad Universitetinin "Hüquq” kafedrasının müəllimi vəzifəsində çalışıb. "Mülki hüquq” və "Əmək hüququ” proqramının müəllifidir və bir çox elmi konfranslarda çıxış edib. İqitsad Universitetinin "İqtisadi hüquq” kafedrasının baş müəllimi olub.
 

Xatırladaq ki, Xəyyam Mirzəzadə 2018-ci il iyulun 30-da 82 yaşında vəfat edib.

Qeyd edək ki, L.Mirzəzadə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadənin anasıdır.

Xalq artistinin həyat yoldaşı vəfat edib - FOTO


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ