RU
Xəlil Babayev: iqtidar və xalq arasında birlik olmasın deyə əllərindən gələni edirlər
17:54
1028

Xəlil Babayev: iqtidar və xalq arasında birlik olmasın deyə əllərindən gələni edirlər

Şəhidlərimizi salamlayıram. Yurdumuzun dörd bir tərəfində gecə-gündüz demədən əli tətiydə keşik çəkən hər biri fədakarlıq abidəsi qəhrəman əsgərlərimizi salamlayıram. Millətimizin dincliyi və etibarı üçün canını heçə sayan, bütün çətinliklərə, sıxıntılara baxmayaraq vəzifəsini haqqıyla yerinə yetirən polislərimizi salamlayıram. Rəbbim onlara güc versin, qüdrət versin, cəsarət versin.


Bu gündə bizə yönəlmiş alçaqca hücum, təxribatlarla, təhriklərlə ölkəmizi qaranlığa sürükləmək üçün hər növ oyunu oynamağı davam etdirirlər. Ölkədə demokratiya güclənməsin, iqtidar və xalq arasında birlik olmasın deyə əllərindən gələni eləyən siyasətçilər, media mənsubları olduğunu kədərlə görürük.


O müdhiş gecədə təxribatla məşğul olanlar, Milli Məclisə hücum edənlər, polis maşınını aşıranlar şərəfsizdirlər, binamusdurlar, alçaqdırlar. Satqın köpəklər xalqın pak və ülvi hisslərindən öz xeyirlərinə istifadə etmək istədilər, amma alınmadı. Çünki, Azərbaycan xalqı həmişə dövlətinin və polisinin yanındadır. Azərbaycan xalqı polisi ilə həmrəylik nümayiş etdirib təxribatçılara öz oyunlarını həyata keçirməyə icazə vermədi. Bizlər dövlətimizlə, ordumuzla və polisimizlə birlikdəyik.


Biz gənclər olmaq üzrə hamımızın oyaq olması, ağıl ilə hərəkət edib sağlam düşünməsi vacibdi. Oynanan oyunları görməli, bu oyunlara gəlməmək üçün daima cənab Prezidentin yanında olmalıyıq.


Biz ölkəmizə sevgi toxumları əkmənin, qardaşlıq iqlimini irəlilətmək mübarizəsi veririk. Bu günə qədər heç bir təxribat, heç bir hiylə, heç bir fitnə olunmasına fürsət vermədik və verməyəcik. Bu bəlaların ölkəmizin ayağına qandal olmasına icazə verməyəcik. Bundan əmin olun ki, bizlər cənab Prezidentin yanında sıralarımızı nə qədər möhkəm tutarsaq, onlar o qədər boşluğa düşəcəklər. Daha öncəki nəslin yaşadıqları ,çəkdikləri sıxıntılar bizlər üçün bir ibrət vəsiqəsi olaraq ortada durur. Son dərəcə diqqətli olmalı, qurulan bu hiylələri hamımız birlikdə pozmalıyıq. Gənclik həyacanımızın bizi səhv etməmizə, hüquqdan, qanunilikdən və haqqdan döndərməsinə əsla icazə verməyəcik, çünki bizlər sadəcə bu günümüzün deyil, gələcəyimizində təminatçısıyıq.


Bizə bu torpaqları vətən olaraq buraxan bütün şəhidlərimizi rəhmətlə anır, əziz xatirələri önündə təzimlə, hörmətlə əyilirəm.


Babayev Xəlil Elşad oğlu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ