RU
Xərçəngdən əziyyət çəkən müğənni Zeynəb səhhəti ilə bağlı açıqlama verdi - VİDEO
11:20
140

Xərçəngdən əziyyət çəkən müğənni Zeynəb səhhəti ilə bağlı açıqlama verdi - VİDEO

Onkoloji xəstəlikdən əziyyət çəkən müğənni Zeynəb Həsəni səhhətindən danışıb.

Hazırda Türkiyədə müalicə alan sənətçi səhhəti ilə bağlı ARB TV-də yayımlanan "Elgizlə izlə” verilişinə açıqlama verib.

"Bir az problemim var idi. Özümdə narahatlıq hiss etdim və həkimə gəldim. Müayinələrdən keçəndə məndə bu xəstəlik aşkarlandı. İnşallah müalicələrlə keçəcək. Əməliyyat olundum”, - deyə müğənni açıqlamasında bildirib.

Qeyd edək ki, Zeynəbin anası bir müddət əvvəl xərçəng xəstəliyindən vəfat edib. 

Xatırladaq ki, Z.Həsəni "Leyli” mahnısı ilə məşhurlaşıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ