Xerson vilayətinin Aleşki şəhərində humanitar missiyanın təhlükəsiz keçidini təmin etmək məqsədilə ərazinin minalardan təmizlənməsi zamanı 2 nəfər həlak olub.
Bunu Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həlak olanlardan biri istehkamçı olub.
"Ərazinin minalardan təmizlənməsi zamanı istehkamçı, həmçinin daha bir nəfər həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, – Lantratova bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın birinci xanımı Melania Trampın vasitəçiliyi ilə Aleşki şəhərində Rusiya və Ukrayna arasında müvəqqəti olaraq lokal xarakterli atəşkəs elan edilib.








