RU
Xəstəxanada DƏHŞƏT: Qadının gözlərini əlləriylə çıxarıb yedi - FOTO
17:10
534

Xəstəxanada DƏHŞƏT: Qadının gözlərini əlləriylə çıxarıb yedi - FOTO

Adanada Dr. Əkrəm adına Ruhi Xəstəliklər Xəstəxanasında dəhşətli hadisə baş verib.

Xəstəxanada DƏHŞƏT: Qadının gözlərini əlləriylə çıxarıb yedi - FOTO

7News.Az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, buradakı xəstələrdən biri onu söyən digərinin gözlərini əlləriylə oyub çıxarıb.
 
Belə ki, qulağına səslər gələn 56 yaşlı Sultan Güner yoldaşı tərəfindən fevralın 26-da xəstəxanaya yerləşdirilib.

Xəstəxanada DƏHŞƏT: Qadının gözlərini əlləriylə çıxarıb yedi - FOTO

Martın 1-də qadın digər xəstələrin olduğu ümumi otağa keçirilib. Həmin palatada şizofreniya xəstəsi, 36 yaşlı N.K. televizora baxarkən Sultan Günerin onu söydüyü üçün qadına hücum çəkərək yerə yıxıb və əlləriylə gözlərini çıxarıb.

Daha sonra dəhlizə gedəndə tibb bacısı onun əl-üzünün qan içində olduğunu görüncə, burnundan qan axdığını deyib.

Hadisə yerinə polis cəlb olunub. Dindirmə zamanı N.K.-nın "Məni söydü, mən də hər iki gözümü çıxarıb yedim" deyə ifadə verib.

Hazırda gözlərini itirən Güner xəstəxnada müalicə alır.

Hadisə sonrası baş həkimin müavini, səhiyyə xidmətləri üzrə məsul şəxs, dəstək və keyfiyyət xidmətləri üzrə müdir, mütəxəssis həkim və üç tibb bacısı olmaqla xəstəxananın 7 işçisi işdən çıxarılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ