RU
Xırdalanda baş verən partlayışdan sonra 6 nəfər dağıntılar altından xilas edilib
21:16
470

Xırdalanda baş verən partlayışdan sonra 6 nəfər dağıntılar altından xilas edilib

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirlikdən 7News.Az-a bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ