Aparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə bağlı heç kəsin bilmədiyi gərçəyi açıqlayıb.
Aparıcı, öz verilişində hər iki valideyninin onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib:
"Atam və anam onkoloji müalicə alır. Atam xəstəxanaya getmişdi, həkim zəng etdi ki, gözün aydın. Atan 100 yaşına qədər yaşayacaq. Çox yaxşı irəliləyişlər var. Həkimlərin sayəsində atam da, anam da 6 ildir xəstəliyə qalib gəlirlər" deyə, o sevinc hissi ilə bildirib.








