Mingəçevir şəhərində gəncin ölümü ilə nəticələnən hadisə baş verib.
2006-cı il təvəllüdlü Muhamməd Abdullah oğlu Həsən futbol oynayarkən qəfil halı pisləşib. İlkin məlumata görə, epilepsiya xəstəliyindən əziyyət çəkən gəncin dili qatlanıb və o, həyatını itirib.
Bildirilib ki, M.Həsən Mingəçevir Dövlət Universitetinin tələbəsi olub. Onun Sumqayıt sakini olduğu qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.









