RU
Yakutsk səmasından dəhşətli görüntü: “...Bura cəhənnəmdir” - VİDEO
13:30
709

Yakutsk səmasından dəhşətli görüntü: “...Bura cəhənnəmdir” - VİDEO

Günlərdir ki, meşə yanğınlarının tüğyan elədiyi Rusiyanın Yakutsk şəhərində səma tamamilə tüstü ilə örtülüb. Bununla bağlı kadrları rusiyalı tanınmış ictimai xadim, jurnalist Anton Krasovskiy  özünün "Instagram” hesabından paylaşıb.

 

"Yakutskda cəhənnəmdir”, - deyə o, videoya şərh verib.

Qeyd edək ki, meşə yanğınlarının söndürülməsi üçün 2,5 mindən çox insan cəlb olunub. Xilasedicilərə kömək üçün hərbçilər də yollanıb. Regionda iyul ayından fövqəladə vəziyyət elan edilib. Yerli sakinlərə meşələrə getmək yasaqlanıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ