ABŞ-ın Kaliforniya ştatında 3 həftə davam edən meşə yanğını şəhəri dağıdıb.
7News.Az xəbər verir ki, iyulun ortalarından əyalətin şimal bölgəsində başlanan yanğın son 2 gündə daha geniş yayılıb.
Bölgəni Amerika Konqresində təmsil edən Duq LaMalfa "Bu axşam Qrinvilli itirdik. Deməyə söz yoxdur”, – deyə sosial mediada paylaşım edib.
Qeyd edək ki, küləyin təsiri ilə yayılan yanğın zamanı bütün binalar məhv olub.
7News.Az








