Yaponiyanın Yamaquçi şəhərində aralarında uşaq və qocaların da olduğu 42 nəfərin meymunlar tərəfindən yaralanmasından sonra polisə keyidici silahlar paylanıb.
Hücumların yapon makakaları tərəfindən edildiyi bildirilib. Rəsmilər qeyd edir ki, hücumları yapon makakalarının bir qrupu planlaşdırılmış şəkildə həyata keçirib.
Yamaqata Universitetinin tədqiqatçıları deyirlər ki, makakaların sayının artması onları insanlarla ciddi münaqişələrə cəlb edir.
Tədqiqatçıların fikrincə, insanlarla makakaların məskunlaşdığı yerlər arasındakı məsafənin azalması belə hadisələri qaçılmaz edir./yenisabah
7NEWS.Az








