Yaponiyada ədliyyə naziri Yosihisa Furukavanın əmri ilə üç məhkum asılıb.
Edam edilənlərdən biri 2004-cü ildə Kakoqava şəhərində (Hyoqo prefekturası) qonşuluqda yaşayan iki ailədən yeddi nəfəri qətlə yetirmiş Yasutaka Fujişirodur. O, psixi pozğunluqlardan əziyyət çəkirdi.
Digər iki nəfər isə 2003-cü ildə Qunma prefekturasındakı oyun avtomatları zalının kassasını qarət edərkən, orada işləyən işçini öldürmüşdülər.
Yaponiyada bundan əvvəl edam cəzası 2019-cu ildə həyata keçirilib. Həmin vaxt bir çinli yaponiyalı ailəni qətlə yetirdiyi üçün ölüm hökmünə məhkum edilmişdi.
Mənvə: TASS








