RU
Yaponiyada zəlzələ qurbanlarının sayı artır - Son məlumatlar AÇIQLANDI
10:40
23

Yaponiyada zəlzələ qurbanlarının sayı artır - Son məlumatlar AÇIQLANDI

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.

Bu barədə Yaponiya hökumətindən rəsmi məlumat verilib.

Təbii fəlakət səbəbindən xeyli sayda ev elektrik enerjisi, su və qazsız qalıb. Bir neçə ərazidə binalar dağılıb, körpülər və yollar zərər görüb.

Yeraltı təkanların fəsadlarının aradan qaldırılmasına 4600-ə yaxın hərbçi cəlb olunub.

Kumamoto prefekturasında 95 mindən çox ev və mənzil hələ də susuzdur. Rəsmi məlumatına görə, qonşu Naqasaki prefekturasında isə su təchizatı tam bərpa edilib. Fəlakət zonasına su xüsusi avtosisternlərlə, o cümlədən silahlı qüvvələrin bölmələri tərəfindən çatdırılır.

Yerli rəsmilərin məlumatına əsasən, Kumamotoda 64 tibb müəssisəsinə su və elektrik enerjisinin verilişi dayandırılıb. Evlərini tərk edənlər üçün yaradılmış 415 məntəqədə 14 mindən artıq insan yerləşdirilib. Onlar əsasən məktəblərin idman zallarında və digər ictimai obyektlərdə məskunlaşıblar. Bu məkanların bir çoxunda kondisionerlərin olmaması isti hava şəraitində kütləvi istivurma təhlükəsi yaradır. Sinoptiklərin proqnozlarına görə, fəlakət bölgəsində havanın hərarəti 40 dərəcəyə qədər yüksələ bilər.

Qeyd edək ki, iyulun 28-də Küsü adasında yerləşən Kumamoto prefekturası yaxınlığında7.1 maqnitudalı güclü zəlzələ baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ