lombard

Yavər Camalovun oğlu ilə bağlı daha bir şok məlumat – İŞ ADAMININ 70 MİN PULUNU MƏNİMSƏDİ (SƏS YAZISI+FOTOLAR)

Yavər Camalovun oğlu ilə bağlı daha bir şok məlumat – İŞ ADAMININ 70 MİN PULUNU MƏNİMSƏDİ (SƏS YAZISI+FOTOLAR)
7NEWS.az xəbər verir ki, Azərbaycanın Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun oğlu Rəşad Camalov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmışdı. Lakin seçki gününə az qalmış onun namizədliyi DSK-ya yalnış məlumat vermə səbəbindən ləğv edilmişdi. 
Bu günlərdə isə redaksiyamıza daha dəhşətli bir məlumat daxil olub. Belə ki, Azərbaycanın Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun digər oğlu Elşən Camalov iş adamı Orxan Kərimova elektrik işi sifariş vermiş, sonradan isə vəsaiti ödəməkdən imtina etmişdir. Bu barədə redaksiyamıza zərərçəkən Orxan Kərimov özü məlumat verib. Onun dediklərinə görə bütövlükdə 70 min manat borcu olan Elşən Camalov ona cəmi 10 min manat ödəyib. Yerdə qalan borcu isə ödəməkdən imtina edib. Bu zərərə görə 2 uşaq atası olan Orxan Kərimov bir neçə şirkət qarşısında pis vəziyyətdə qalır və ölkəni tərk edərək Ukraynaya sığınır: "İşimiz tamamlanmaq üzərə idi. Bu ərəfədə Rövşən Camalov dünyasını dəyişir və ödənişlərimiz tamamilə dayandı. Ancaq biz bunu anlayışla və hörmətlə qarşıladıq, böyük itki idi, bir ailənin gənc övladı dünyasını dəyişmişdi. Allah ona rəhmət eləsin. Bundan bir müddət sonra "Cratos HALL”un arxasında "Star” restoranında elektrik işi təklif olundu və biz də yükək səviyyədə işi icra edib, təhvil verdik. Mən Camalovlara aid olan bütün işləri, sifarişləri Kərimov İsrafil İsmayıl oğlundan alırdım. İlk olaraq İsrafil Kərimov mənə dedi ki, Elşən Camalov "açot-uçot” eləmir, səbr elə həll olunacaq. 2019-cu ilin iyun ayında isə israfil Kərimov mənə dedi ki, vermirəm, get kimə deyirsən de. (red. Səs yazısı əlavə edilib). Daha sonra məni ailəmlə təhdid eləməyə başladılar. Mən də məcbur olub Ukraynaya sığınmışam. Elşən Camalova bu barədə dəfələrlə mesaj yazmışam, oxuyur, ancaq cavab vermir. Mən demək olar ki, 2001-ci ildən Camalovların bir çox obyektlərində işləmişəm. Onlara məxsus "Kral” Şadlıq Sarayının elektrik işərini görmüşəm. Bundan başqa Badamdar qəsəbəsində onlara məxsus villaların da işlərini mən görmüşəm. 2017-ci ildə isə onlara məxsus daha 2 obyektin - "Cratos” və "Star” restoranlarının elektrik işlərini görmüşəm. Bu işlər müqabilində onlar mənə 70 000 manat pul ödəməli idilər, ancaq cəmi 10 000 manat ödənilib. Mənim Cənab Prezident İlham Əliyevdən başqa heç kimə ümidim, gümanım qalmayıb. Cənab Prezidentdən xahiş edirəm ki, bu məsələni diqqətə götürsün, bir iş adamı kimi məmur övladlarının mənə vurduqları ziyanın ödənilməsi ilə bağlı müvafiq tapşırıqlar versin”
Mövzunu davam etdirəcəyik
7NEWS.az olaraq səs yazısını və Orxan Kərimovun gördüyü işlərin fotolarını təqdim edirik. 

















Xəbər lenti