RU
Yeni ilə olan hava proqnozu açıqlandı
14:11
448

Yeni ilə olan hava proqnozu açıqlandı

Azərbaycanda bayram günlərinə olan hava proqnozu məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 7News.Az-a verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq:

"Əsasən, yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq”.

Məlumatda qeyd edilib ki, yanvarın 1-də gün ərzində mülayim, əsasən, yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ