RU
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir
15:40
54

Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

Yer kürəsində yenidən G1 dərəcəli maqnit qasırğası gözlənilir. Bu təbiət hadisəsinin sentyabr ayının 9-da baş verəcəyi ehtimal olunur.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Mütəxəssislərin proqnozlarına əsasən, növbəti üç gün ərzində planetimizdə zəif maqnit dalğalanmaları hiss ediləcək. Belə ki, sentyabrın 7-də vəziyyət stabil olacaq, ayın 8-dən etibarən ilkin dalğalanmalar özünü göstərəcək. Sentyabrın 9-da isə Bakı vaxtı ilə saat 13:00-da maqnit qasırğasının planetimizə təsiri başlayacaq.

Bununla belə, təqdim olunan qrafiklər qasırğanın uzunmüddətli olmayacağını göstərir. Axşam saatlarına doğru geomaqnit fonunun tamamilə normallaşacağı və aktivliyin səngiyəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ