Bu aparat saatda 150 ilə gedən maşının da sürücüsünün sərxoş olub-olmadığını
aşkar edəcək
Spirtli içki qəbul etdikdən sonra sükan arxasına əyləşən sürücüləri müəyyən
etmək daha asan olacaq. Avtosfer.az-ın "RİA Novosti”yə istinadən verdiyi
məlumata görə, bu funksiyanı yerinə yetirən alkotester cihazı vasitəsilə artıq
sürücülərin ağzını iyləməyə ehtiyac qalmayacaq. Bu cihazın hazırlanması üçün
Rusiyada uzun illərdir cəhdlər edilir. Lakin bundan əvvəlki ixtirada bəzi problemlər çıxmışdı. Məlum olurdu ki, cihaz sərnişin sərxoş olduqda və ya sürücü dişini
çəkdirdiyi üçün ağzını spirtlədikdə də sürücünü sərxoş kimi qeydə alır. Budəfəki
yenilik isə onu göstərir ki, yolların kənarında quraşdırılan həmin cihaz hərəkətdə
olan maşınlardan hansının salonundan spirtli içki qoxusu gələrsə dərhal maşının nömrəsini qeydiyyata alır və bir neçə fotosunu skan edir. Qarşıda isə maşını yol
polisi saxlayır və sürücü məsuliyyətə cəlb edilir. Lazer funksiyası ilə işləyən cihazın
yaxşı nəticələr verəcəyini iddia edən Rusiya yol polisinin zabiti düşünür ki, bu
cihazlardan gələcəkdə digər dövlətlərdə də istifadə oluna bilər.
Adıçəkilən cihaz həm də saatda 150 km/saat sürətlə gedən maşının görüntülərini çəkmək funksiyasına da malikdir.
Qeyd edək ki, Rusiyada hər il yol qəzalarında həlak olanların sayı 5 mindən çox olur.
Qəzaların əksəriyyəti sərxoş sürücülər tərəfindən törədilir.









