7News.az xəbər verir ki, Mərkəzi Amerika ölkəsi Kuba, ABŞ-ın yanvar ayında tətbiq etdiyi sanksiyalar səbəbindən altı ayda üçüncü dəfə elektrik kəsintisinə məruz qalır. Bir çox məhəllədə elektrik enerjisi gündə cəmi üç-dörd saat verilir. Son illərdə elektrik kəsintiləri və yoxsulluqla mübarizə aparan ada ölkəsi internetə çıxışı olmayan və işləmək imkanı olmayan günlər keçirir. Bu arada, Birləşmiş Millətlər Təşkilatı (BMT) ərzaq və dərman çatışmazlığını vurğulayaraq humanitar yardım çağırışı edib.








